Bu gün Azərbaycan AŞ Nazirlər Komitəsində sədrliyə başlayır
- 14.05.2014, 08:11,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Azərbaycan Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrliyə başlayır.
Trend-in məlumatına görə, AŞ Nazirlər Komitəsində sədrlik Azərbaycana Avstriyadan keçib.
Ölkəmiz qurumda 6 ay müddətinə sədrlik edəcək.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyanada Avropa Şurasının Nazirlər Komitəsinin 124-cü sessiyasında Azərbaycanın qurumdakı sədrliyinin prioritetlərini açıqlayıb.
Nazir bildirib ki, korrupsiya ilə mübarizədə güclü əməkdaşlıq Azərbaycanın sədrliyinin əsas prioritetlərindən biri olacaq. Ölkə Avropada demokratiya, təhlükəsizlik və stabillik sahəsindəki mövcud problemlərə, mədəniyyətlərarası dialoq, idman yarışlarına, təhsilə, köçkünlərin insan haqlarının müdafiəsinə və s. güclü diqqət ayıracaq.