Azərbaycan prezidenti Şamaxı rayonunda otel açılışında iştirak edib

Azərbaycan prezidenti Şamaxı rayonunda otel açılışında iştirak edib Bu gün Şamaxı rayonunun Şərədil kəndində beşulduzlu “Şamaxı Palace Platinum By Rixos” otelinin açılışı olub.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak edib.
 
Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.
 
Məlumat verilib ki, altımərtəbəli otel 102 otaqdan ibarətdir. Otaqlardan 82-si “Delux”, 9-u “Suite”, 8-i “King-suite”, 3-ü isə “Presidential suite”dir. Burada 450 nəfərlik şadlıq sarayı, 2 restoran, 8 bar, 200 nəfərlik konfrans zalı, 30 nəfərlik toplantı otağı, anfiteatr, lüks gecə klubu, uşaq əyləncə guşəsi, “SPA” mərkəzi və s. var.
 
Prezident otelin kollektivi ilə görüşüb, sonda xatirə şəkli çəkdirilib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri