Prezident İlham Əliyev Abdullah Gül və Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
- 14.05.2014, 19:05,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülə başsağlığı məktubu ünvanlayıb.
Başsağlığında qeyd olunub: "Hörmətli cənab Prezident, Əziz Qardaşım, Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".
İlham Əliyev, həmçinin Türkiyənin Rəcəb Tayyib Ərdoğana da başsağlığı verib.
Başsağlığında deyilir: "Hörmətli cənab Baş nazir, Əziz Qardaşım,
Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş qəza nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbərindən olduqca kədərləndim. Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".