Bakıda “Yaxt klub”-un yaxınlığında dənizə düşən şəxs xilas edilib
- 15.05.2014, 08:08,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gecə Bakıda, “Yaxt klub”-un yaxınlığında dənizə düşən şəxs xilas edilib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olan məlumata əsasən Bakı şəhəri, Səbail rayonunda “Yaxt klub”-un yaxınlığında (“Bakı-Mərkəz” sularda xilasetmə məntəqəsindən, təxminən, 1 km məsafədə, nəzarət olunmayan ərazidə), 1 nəfər sərxoş halda dənizə düşüb.
Hadisə yerinə cəlb olunan dalğıc-xilasedicilər həmin şəxsi sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 04:00-da başa çatıb.