Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 284 nəfərə çatıb
- 16.05.2014, 08:09,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin Manisa vilayətinin Soma rayonu ərazisindəki kömür mədənində baş verən qəzada ölənlərin sayı 284-ə çatıb.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib. Bundan əvvəl 283 nəfərin öldüyü bildirilmişdi. Nazirin sözlərinə görə, şaxtada axtarış-xilasetmə işləri 3 qrup xilasedicilər tərəfindən aparılır. Ölən fəhlələrin cəsədlərinin əksəriyyəti artıq ailələrinə təhvil verilib. Bu gecə davam etdiriləcək xilasetmə işlərinin çox böyük əhəmiyyət kəsb etdiyi qeyd olunur. “Elektrik stansiyada baş vermiş qəza nəticəsində başlayan yanğın hələ tam söndürülməyib. Lakin dəm qazının səviyyəsinin azaldığı qeydə alınıb, bu da yanğının artıq səngidiyindən xəbər verir”, deyə Yıldız bildirib.
Nazir yerin altında qalan fəhlələrin sayı barədə heç bir açıqlama verməyib. “Spekulyasiyalara yol verməmək üçün biz ilkin rəqəmlər açıqlamayacağıq. Dəqiq, təsdiqlənmiş məlumat əldə olunan kimi dərhal ictimaiyyətə müvafiq açıqlama veriləcək”, deyə nazir əlavə edib.
Partlayış baş verən an şaxtada 787 insan olub, onlardan təxminən 400-ü xilas oluna bilib. Hazırda xəstəxanada 3 mədənçi müalicəni davam etdirir.
İlkin ehtimala görə, partlayışa və yanğına qısaqapanma səbəb olub.