Heydər Əliyev Mərkəzində Aleksandr Rıbakın və Respublika incəsənət gimnaziyasının tələbələrinin inanılmaz konserti keçib

Mahnıları bütün dünyada səslənən, gənc, məşhur, istedadlı skripkaçı və müğənni Aleksandr Rıbak, öz 28-illiyini Bakıda qeyd edib. O, Respublika gimnaziyasının istedadlı şagirdləri üçün master-klass keçirmək və onlarla birlikdə Heydər Əliyev Mərkəzinin səhnəsində çıxışa hazırlaşmaq üçün Azərbaycanın paytaxtına Heydər Əliyev Mərkəzində öz konsertinə qədər üç gün əvvəl gəlib.

2009-cu ildə belarus mənşəli müğənni Aleksandr Rıbak "Avroviziya" müsabiqəsində Norveçi təmsil edərək "Farytale" mahnısı ilə ("Nağıl") nəinki qalib olub, həm də rekord göstərərək-387 bal toplayıb, bu isə bu gündə nüfuzlu Avropa müsabiqəsinin keçirilməsinin bütün vaxtı ərzində misilsiz göstərici hesab edilir.

Bu qələbədən sonra Aleksandr Rıbak dünya turnesi çərçivəsində istedadlı gənclərlə birlikdə dünyanın müxtəlif ölkələrində bir sıra konsertlər verib. Və bu dəfə Bakıya gəlib.

Aleksandr Rıbak cümə axşamı Heydər Əliyev Mərkəzində Respublika incəsənət gimnaziyasının orkestri ilə birlikdə Bakı tamaşaçıları qarşısında yeni musiqi layihəsini təqdim edib.

Bayram axşamını Norveçin Azərbaycandakı səfiri Erling Şönsberq açıb və böyük hərarətlə Azərbaycan dilində tamaşaçıları salamlayaraq konserti təşkil etməkdə köməklik göstərən Heydər Əliyev Mərkəzinə təşəkkürünü bildirib.

Alexandr Rıbakın konserti üç hissədən ibarət olub. Birinci hissədə tamaşaçıların diqqətinə milli paltarda Respublika incəsənət gimnaziyasının şagirdlərindən ibarət orkestrin görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Vasif Adıgözəlov və Tofiq Quliyevin əsərlərinin ifa edilməsi təqdim edilib. Gənc istedadların çıxışı gurultulu alqışlarla qarşılandı.

Sonra səhnəyə Norveçin Azərbaycandakı konsulu çıxaraq qeyd etdi ki, layihənin həyata keçirilməsi və konsert - iki ölkə arasında xüsusi təşkil olunan mədəni körpüdür və bundan sonra Aleksandr Rıbakı səhnəyə dəvət etdi.

Müğənni və musiqiçi əvvəlcə gimnaziya tələbələri ilə çıxış edərək onların istedadını vurğuladı.

"Sizdə necə çoxlu böyük istedadlar var! Mən üç dəfə Bakıda olmuşam və hər dəfə burada baş verən dəyişiklikləri görürəm. Mən konsertin təşkilində Heydər Əliyev Mərkəzinə və Norveçin Azərbaycandakı səfirliyinə xüsusi təşəkkürümü bildirirəm. Məni musiqiçi, skripkaçı və müəllim kimi buraya dəvət etdiyi üçün təşəkkür etmək istəyirəm ", - Alexandr Rıbak bildirib.

Alexandr Rıbak həmçinin pianoçu Stefanın müşayiəti ilə solo konserti ilə çıxış edib.

Və sonda o, özünün məşhur "Farytale " - "Nağıl" kompozisiyasını ifa edib.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri