Bakıda 21 yaşlı oğlan şərikini 17 bıçaq zərbəsi ilə qətlə yetirib
- 16.05.2014, 13:45,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda dəhşətli qətl törədilib.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Valeh Xalıqov aralarında yaranmış mübahisə zəminində şəriki, 1975-ci il təvəllüdlü Arif Heybətovu bıçaqlayıb. 17 bıçaq xəsarəti alan A. Heybətov hadisə yerindəcə keçinib.
Polisdən bildirilib ki, hadisəni törədən V. Xalıqov və mərhum şərik olublar.
Hadisəni törədən V. Xalıqov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.