Bakıda tibb bacısı xəstəxananın qarşısında öldürülüb
- 17.05.2014, 17:05,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhərində qətl hadisəsi baş verib.
Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, mayın 16-da Fətəli xan Xoyski küçəsində yerləşən 5 saylı Xəstəxananın qarşısında Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Şahlar Əliyev ailə-məişət zəminində həyat yoldaşı, orada tibb bacısı işləyən 1983-cü il təvəllüdlü Minarə Salmanovanı qətlə yetirib.
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən Ş. Əliyev tutulub. Faktla bağlı araşdırma aparılır.