Türkiyənin Soma kömür mədənində baş vermiş qəzada ölənlərin sayı 298-ə çatıb
- 17.05.2014, 17:08,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin Manisa vilayətinin Soma şəhəri ərazisindəki kömür mədənində baş vermiş qəzada ölənlərin sayı 298-ə çatıb. APA-nın xəbərinə görə, bu rəqəmi enerji və təbii ehtiyatlar naziri Taner Yıldız açıqlayıb. O, indiyə qədər 298 fəhlənin meyitinin çıxarıldığının söyləyərək içəridə 2-3 meyit qaldığını bildirib. Nazir mədənin bütün ərazisinə təkrar baxış keçirildikdən sonra axtarışların yekunlaşacağını söyləyib.
Xatırladaq ki, mayın 13-də Soma köpmür mədənində partlayış və yanğın baş verib. Qəzanın dəqiq səbəbi hələlik bəlli deyil. Qəzadan sonra Türkiyədə 3 günlük matəm elan olunub.