Sabah Bakıda havanın temperaturu 33, bölgələrdə 38 dərəcəyədək yüksələcək
- 17.05.2014, 17:09,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı və Abşeron yarımadasında mayın 18-də hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi, axşam dəyişkən buludlu olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, gündüz cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-20, gündüz 28-33 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında mayın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 16-21, gündüz 33-38, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.