Bakıda başına su mühərriki düşən kişi ölüb

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Maştağa qəsəbə sakini Məhərrəm Cabbarov həmyerlisi Fərhad Süleymanova məxsus bağ evinin ərazisindəki su quyusunda təmir işləri aparan zaman ehtiyatsızlıq nəticəsində su mühərriki başına düşüb. O, aldığı xəsarətdən ölüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri