Apreldə Bakıda Sati Kazanova və Arseniumun (“O-zone” qrupunun sabiq solisti) “Şəfəqə qədər” mahnısına klip çəkilişləri olub.
Klip rotasiyaya buraxılıb və sürətlə populyarlıq qazanır. Klip Kiyev şirkəti “Cameralight Production”-nın dəstəyi ilə İçəri şəhərdə və Xəzər dənizi sahilində çəkilib.
Klipin premyerası 20 may tarixinə təyin edilib. Artıq internetdə “До рассвета” (“Şəfəqə qədər”) klipinin tizerini izləmək olar.