AZAL bu ilin II yarısında Nyu Yorka aviareys açacaq

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2014-cü ilin payızında ABŞ-a birbaşa hava reysi açacaq. Bunu Trend-ə AZAL sədrinin müavini Sabir İlyasov deyib.

Onun sözlərinə görə, Bakı-Nyu York-Bakı marşrutu üzrə aviareyslərin "Airbus A340" laynerləri və "Boeing" şirkətinin istehsal etdiyi təyyarələr vasitəsilə həyata keçirilməsi planlaşdırılır.

S.İlyasov qeyd edib ki, ABŞ-a hava reysinin açılması payız mövsümünə təsadüf edəcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri