Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini müəyyənləşdirmək proseduru sadələşdirilib

Nazirlər Kabineti "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişiklik edib.

APA-nın məlumatına görə, indiyə qədər notariat hərəkətləri apararkən notariuslar tərəfindən Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyəti əcnəbinin pasportu, vətəndaşlığı olmayan şəxsin isə daimi qeydiyyatda olduğu digər ölkədə aldığı vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə təqdim edilməklə, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında müəyyən edilib.

Dəyişikliyə əsasən, bundan sonra Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyəti Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında müəyyən ediləcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri