Azərbaycandan qatar və avtonəqliyyat vasitəsi ilə tranzit keçən əcnəbilər və vətəndaşlığı olmayanlara sərhədboyu zonada dayanmaq qadağan edilib
- 18.05.2014, 14:30,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Nazirlər Kabineti “Sərhəd zonasına daxil olmaya və istehsalat işlərinə dair Qaydalar”da dəyişiklik edib.
APA-nın məlumatına görə, indiyə qədər tranzitlə avtobus və qatarla sərhəd zonasından keçən şəxslərə, sərhəd zonasının məntəqələrində dayanmaq qadağan olunub.
Bu qadağa hər kəsə - Azərbaycan vətəndaşlarına, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə aid edilib.
Dəyişikliyə əsasən, bundan sonra Azərbaycan ərazisindən dəmiryol nəqliyyatı və ya avtonəqliyyat vasitəsi ilə tranzitlə keçən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sərhədboyu zonada dayanması qadağandır.
Qadağa Azərbaycan vətəndaşlarını əhatə etmir.