Oğul ögey anasını qətlə yetirib
- 18.05.2014, 21:34,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Tərtər rayonunda qətl hadisəsi baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 16-da Tərtər rayonunda yaşayan Pərviz Göyüşov yaşadığı evdə münaqişə zəminində ögey anası Nüşabə Göyüşovanı bıçaqla qətlə yetirib.
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində P. Göyüşov tutulub. Fakt üzrə araşdırma aparılır.