Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb

Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binə qəsəbəsi Atçılıq massivində qeydə alınıb. Orada yaşayan Məmmədəli Hüseynova məxsus «Hyundai» markalı avtomobildən şüşəni sındırmaqla saxlanc yerindən 47 min manat oğurlanıb.
 
Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Arzu Mollayeva, Masallı rayon sakinləri Ariz Ağayev, Tural Qafarov və Rəsul Bayramov tutulublar.
Şərhlər
Hadisə bölməsinin xəbərləri