Bakıda təmirə bağlanan yol vaxtından əvvəl açılır

Bakıda təmirə bağlanan yol yaxın vaxtlar istifadəyə veriləcək.

Bu barədə APA-ya “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verilib.
 
Onun sözlərinə görə, paytaxtın Həsən Əliyev küçəsinin Atatürk prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində asfalt-beton örtüyünün dəyişdirilməsi və görülən bütün digər işlər yekunlaşıb.
 
“Hazırda həmin ərazidə xətlənmə işlərinə başlanılıb. Bu ərazidə işlər bitdikdən sonra yolun 500 metrlik hissəsi də istifadəyə veriləcək”, - deyə P. Mürsəliyev qeyd edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri