Bakı sakininin 110 min dollardan çox pulunu mənimsəmiş saxta "Nilufər" tutulub
- 20.05.2014, 19:40,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı sakininin 110 min dollardan artıq pulunu mənimsəmiş dələduz qadın tutulub.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, 2012-ci ilin sentyabr ayında özünü Nilufər kimi təqdim edən qadın Bakı şəhər sakini Nurəngiz Hüseyzadənin etibarından sui-istifadə edərək 62 min 500 manat və 32 min ABŞ dollar alıb qaytarmayıb.
Nəsimi rayon Polis İdarəsi 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Simuzər İbrahimova (Nilufər) tutulub.