2030-cu ilədək Bakı və Abşeronun inkişafına 50 milyard dollara yaxın investisiya qoyulacaq

2030-cu ilədək Bakı və Abşeronun inkişafına 50 milyard dollara yaxın investisiya qoyulacaq Bakı və Abşeron yarımadasına dövlət investisiyalarının ümumi həcmi 37,51 milyard manata çatacaq. Trend Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə 2030-cu ilədək dövrü əhatə edən "Böyük Bakının regional inkişaf planı" layihəsində deyilir.

Vəsaitin daha çox hissəsi Bakının inkişafına ayrılacaq və bu məqsədlər üçün 31,74 milyard manat vəsaitin xərclənməsi planlaşdırılır. Sumqayıtın və Abşeron yarımadasının inkişafına isə müvafiq olaraq 1,63 və 4,14 milyard manat yönəldiləcək.

2030-cu ilədək göstərilən regionun sənaye potensialının inkişafına 19,41 milyard manat ayrılacaq ki, bunun 16,2 milyardı Bakının payına düşür. Bu məbləğdən Abşeronun payına 2,45 milyard manat, Sumqayıta isə cəmi 761 milyon manat düşür.

Nəqliyyat infrastrukturunun və anbar təsərrüfatının inkişafına dövlət investisiyaları 2030-cu ilədək təxminən 5,8 milyard manat təşkil edəcək. Həmin vəsaitlərin böyük hissəsi (5,08 milyard manat) Bakıya, Abşeron rayonu və Sumqayıta isə müvafiq olaraq 643,8 milyon və 78,9 milyon ayrılacaq.

Dövlət yarımadada daşınmaz əmlakla bağlı əməliyyatlara 2,26 milyard manat investisiya qoyacaq ki, bunun da 2,12 milyard manatı yeni mənzillərin tikintisinə ayrılacaq. Bu halda Bakıda 1,4 milyard manat, Abşeron rayonu və Sumqayıtda isə müvafiq olaraq 618,1 milyon və 102,6 milyon manat dəyərində ilkin daşınmaz əmlak tikiləcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri