Şəkidə odlu silah və çoxlu sayda hərbi sursat tapılıb

Şəki rayonu ərazisindən odlu silah və vasitələri tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşları tərəfindən Qoxmuq kəndinin ərazisindən "AKM" markalı avtomat silahı, 1 ədəd patron darağı və 754 ədəd müxtəlif çaplı patron tapılıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri