Azərbaycanda icra nümayəndəsi yol qəzasına düşüb

Daşkəsən rayonunda yol-nəqliyyat qəzası baş verib.

Daşkəsən Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Bayan kəndi ərazisində qeydə alınıb.  
 
“VAZ 2107” markalı avtomobillə “QAZ 66” markalı yük avtomobilinin toqquşması nəticəsində Daşkəsən rayonunun Əhmədbəyli kənd icra nümayəndəsi, 1983-cü il təvəllüdlü İsaq Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
 
Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirirlər.
 
Faktla başlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri