Bakıda zəncirvari qəza baş verib, ölən var

Bakıda baş verən zəncirvari qəzada bir nəfər ölüb.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, mayın 22-si saat 01:30 radələrində Nizami rayonu Qara Qarayev prospektində 1994-cü il təvəllüdlü Tamerlan Məmmədov idarə etdiyi «Niva» markalı avtomobili yol kənarında dayanmış «Opel» və «Mercedes» markalı avtomobillərə vurub.
 
Nəticədə, T.Məmmədov və sərnişini, 1992-ci il təvəllüdlü Şamil Xanmirzəyev xəsarətlə xəstəxanaya yerləşdirilib. Ş. Xanmirzəyev orada dünyasını dəyişib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri