Qobustanda istirahət mərkəzinin sahibi bir məktəblinin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən qəzanın necə baş verdiyini açıqlayıb

Qobustanda istirahət mərkəzində baş verən bədbəxt hadisə nəticəsində sınıq və əzik xəsarətləri alan Bakı Oksford Məktəbinin şagirdi, 12 yaşlı Ayla Hacızadə və məktəbin müəlliməsi, 43 yaşlı Aytən Əzizova müalicə üçün Bakıya göndərilib.

APA-nın xəbərinə görə, hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Qobustan rayon Prokurorluğundan APA-ya bildirilib ki, hadisə ilə bağlı hələlik saxlanılan yoxdur. Faktla bağlı araşdırma aparılır.

“Cənnət bağı” istirahət mərkəzinin sahibi Naina Bakaldina APA-ya bildirib ki, elektrokarı Aytən Əzizova idarə edirmiş. “Aytən Əzizova dairəvi yolda idarəetməni itirib və elektrokar aşıb. Hadisənin baş verməsində otelimizin heç bir günahı yoxdur”, - deyə bildirib.

Qeyd edək ki, hadisə nəticəsində dünyasını dəyişmiş 10 yaşlı Qorcu Dəniz tanınmış rejissor Tərlan Qorçunun qızıdır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri