Bakıda fəhlə binadan yıxılaraq ölüb

Bakının Xətai rayonunda tikintidə ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Məhəmməd Hadi və Sadıqcan küçələrinin kəsişməsində yerləşən tikintidə baş verib

Hündürlükdən yıxılaraq ölən fəhlənin şəxsiyyəti artıq müəyyənləşib. Bu, 1980-ci il təvəllüdlü Elşad Abdulxalıqovdur. Meyit morqa göndərilib.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri