İsveçdə keçirilən “Eurovision” 2013 mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Fərid Məmmədov vətənə qayıtdı.
Live.az-ın verdiyi xəbərə görə, Azərbaycanı ikinci yerə çıxaran təmsilçimiz hava limanında o qədər də təntənəli qarşılanmayıb və media nümayəndələrinin qarşılanma mərasimində iştirak etmədiyi bildirilir.
Bu il Azərbaycan “Avroviziya” konkursunda 2-ci yeri tutub.