Putin: Rusiyanın SSRİ-ni bərpa etmək niyyəti yoxdur

Rusiya prezidenti Vladimir Putin Rusiyanın SSRİ-ni bərpa etmək niyyətində olmadığını bildirib.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Rusiya prezidentinin sözlərinə əsasən, Rusiyanın postsovet məkanını öz təsiri altına almaq səyləri barədə səsləndirilən iddialar səhvdir və bu informasiya müharibəsinin bir alətidir.

“Bizə damğa qoymağa çalışırlar ki, guya biz imperiya, Sovet İttifaqı yaratmağa çalışırıq, hamını öz təsirimiz altına almaq niyyətindəyik. Bu, tamamilə həqiqətə uyğun deyil”, deyə Vladimir Putin Sankt Peterburqda keçirilən Beynəlxalq iqtisadi forumda bildirib.

“Yaxın günlərdə Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında müqavilə imzalanacaq. Sadəcə bu sənədə ekspert gözü ilə, qərəzsiz baxın. Orada məgər imperiya barədə nə isə var? Heç nə yoxdur. Orada yalnız iqtisadiyyat sahəsində səylərin cəmləşdirilməsi barədə deyilir”, deyə Putin bildirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri