Natavanın çox danışılan konserti baş tutdu

Müğənni Natavan Həbibinin Heydər Əliyev sarayında ilk konserti baş tutub.


“Qafqazinfo”nun məlumatına görə, “Dinlə” adlı konsert “Natavan Həbibinin dünyasına xoş gəlmisiniz” sözləri ilə başlayıb. Səhnəyə tələbələri ilə çıxan ifaçı gələn qonaqları salamladıqdan sonra hər kəsə təşəkkür edib: “Məni tək qoymayıb gələn bütün qonaqlara və sənət dostlarıma minnətdaram. Çox həyəcanlıyam. Nə danışacağımı bilmirəm. İstəmədim dostlarım yorulsun, ona görə mənimlə səhnəni tələbələrim bölüşəcək. Dostlarım siz istirahət edin”.

“Sus” mahnısını ifa edərkən Natavanı rəqqasə Oksana Rəsulova rəqs qrupu ilə müşaiyət edib.

Qeyd edək ki, konsertdə Yaşar Yusub, Elnur Məmmədov, Zarina, Murad Dadaşov, İlqar Muradov, Tünzalə Ağayeva, prodüser Təranə Səmədova, Cenk İcten, həyat yoldaşı model Minarə Allahverdiyeva, reper Elşad Xose və başqaları iştirak edib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri