Bakı-Qazax yolunda baş verən qəzada bir ailənin 4 üzvü yaralanıb
- 26.05.2014, 08:02,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı-Qazax yolunda baş verən avtoqəzada bir ailənin 4 üzvü ağır xəsarətlər alıb. Bu barədə APA-ya Baş Dövlət Yol Polisindən verilən məlumata görə, ötən axşam saat 19.30 radələrində Bakı-Qazax yolunun 103-cü kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində Hacıqabul rayonu H.Əliyev küçəsi, ev 19 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Teymurov Elçin Nüsrət oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil qarşıda hərəkətdə olan “KAMAZ” markalı avtomobilə çırpılıb.
Nəticədə minik maşınında olan bir ailənin üzvləri 1992-ci il təvəllüdlü Kərimova Günay Nüsrət qızı qapalı kəllə-beyn travması və alt çənə sümüyünün sınığı, 1990-cı il təvəllüdlü Teymurova Elnurə Ramiz qızı qapalı kəllə-beyin travması diaqnozları ilə Şirvan reanimasiya şöbəsinə, Şirvan şəhəri T.Ələkbərov küçəsi 35 ünvanında yaşayan 1984-cü il təvəllüdlü Həsənova Aygün Nüsrət qızı kəllə-beyn travması diaqnozu ilə Şirvan travmatologiya şöbəsinə yerləşdirilib. Sürücüyə ambulator yardım göstərildikdən sonra evə buraxılıb. Sonradan nisbətən ağır xəsarət alan Günay Kərimova Bakı travmatologiya mərkəzinə aparılıb. Avtoqəzanın baş verməsinə səbəb sürücünün sükan arxasında yuxulaması olub.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.