Xoşqədəm Hidayətqızının Suriyada yaralandığı barədə məlumat yayılıb

ATV telekanalında yayımlanan "Səni axtarıram" verilişinin çəkiliş qrupunun avtomaşınının Suriyanın Hələb şəhərində çəkilişlər zamanı atəşə tutulması ilə bağlı məlumat yayılıb.

ATV-nin “Xəbərlər “ departamentinin rəhbəri Vaqif Aydınoğlunun APA-ya verdiyi məlumata görə, sonuncu dəfə telekanalın redaktoru verilişin əməkdaşları ilə telefonla danışdığı anda atəş səsləri gəlib və maşın atəşə tutulub: “Sonra əlaqə kəsilib. Xoşqədəm xanımla əlaqə saxlamağa çalışırıq hələ ki, alınmır”.

Qeyd edək ki, yayılan məlumatlarda X. Hidayətqızının ayağından xəsarət aldığı bildirilir.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri