Sergey Lavrov: “Moskva Poroşenko ilə birbaşa dialoqa hazırdır”

Moskva Ukraynanın yeni prezidenti ilə birbaşa dialoqa hazırdır.

APA-nın “Asocciated Press”ə istinadən verdiyi məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin hər hansı vasitəçiliyi olmadan Ukraynanın yeni prezidenti ilə birbaşa dialoqa hazır olduqlarını açıqlayıb: “Biz Kiyev nümayəndələri ilə, Poroşenko ilə dialoqa hazırıq”.

Danışıqlarda ABŞ və Avropa Birliyinin mümkün roluna toxunan nazir əlavə edib ki, hər hansı vasitəçiyə ehtiyac yoxdur. S. Lavrov qeyd edib ki, Rusiya P. Poroşenkonun Moskva ilə əlaqələrin normallaşdırılmasının vacibliyi və Ukraynanın şərq regionu ilə dialoqun yaradılması barədə bəyanatlarını diqqətə alıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri