Bakıda Həsən Əliyev küçəsinin bir hissəsi açıldı, digər hissəsinin bu gecə bağlanacağı gözlənilir
- 27.05.2014, 00:52,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda Həsən Əliyev küçəsinin bir hissəsi nəqliyyat vasitələrinin istifadəsinə verilib.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, Həsən Əliyev küçəsinin Şəmsi Rəhimov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsinə asfalt örtüyü çəkilib və yol istifadəyə verilib.
Onun sözlərinə görə, mayın 26-dan 27-nə keçən gecə isə Həsən Əliyev küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinədək olan hissəsinin təmir-tikinti işləri ilə əlaqədar bağlanacağı gözlənilir.
Yolun bu hissəsində təmir işlərinin başa çatacağı tarix barədə məlumat verilmir.