Bakının mərkəzində yol qəzası olub

Bakının Nefçilər prospektində qəza baş verib.

APA-nın məlumatına görə, prospektlə hərəkət edən “Mercedes” və “Ford” markalı avtomobillər Dəniz Vağzalının qarşısında toqquşublar.

Qəza nəticəsində sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Səbail Rayon Şöbəsinin əməkdaşları gəliblər.

Aparılan ilkin araşdırmalar nəticəsində məlum olub ki, yüksək sürətlə hərəkət edən “Mercedes” markalı maşının sürücüsü qəfil idarəetməni itirib. Nəticədə o əvvəlcə “Ford”a daha sonra yol kənarındakı maneəyə çırpılıb.

Hər iki avtomobil evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Faktla bağlı Dövlət Yol Polisinin Səbail Rayon Şöbəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri