Cəlilabad rayonunda su anbarında batan 16 yaşlı oğlanın meyiti tapılıb

Azərbaycanın Cəlilabad rayonunda su anbarında batan 16 yaşlı oğlanın meyiti tapılaraq sudan çıxarılıb.

APA-nın məlumatına görə, meyit bir qədər öncə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin dalğıc-xilasediciləri tərəfindən tapılıb.
 
Cəlilabad rayon Prokurorluğunun əməkdaşları hazırda hadisə yerində araşdırmalar aparırlar.
 
 
***
 
Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabadda 16 yaşlı oğlanın suda batması ilə bağlı məlumat yayıb.
 
APA-nın Nazirliyin saytına istinadən verdiyi məlumata görə,  “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Cəlilabad rayonu, Privolnı kəndində Su anbarında 1 nəfərin batdığı ehtimal olunur. Axtarışlara FHN-in Cənub dalğıc-xilasediciləri cəlb olunub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri