DGK: Azərbaycan-Rusiya sərhədində yaranmış avtomobillərin uzun növbəsi aradan qaldırılır
- 27.05.2014, 21:28,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dövlət Gömrük Komitəsi Azərbaycan-Rusiya sərhədində yük avtomobillərinin uzun növbəsinin yaranması məsələsinə aydınlıq gətirib.
Komitənin mətbuat xidmətindən APA-ya bildirilib ki, gömrük postları sərhəddə yaranmış növbənin aradan qaldırılması üçün gücləndirilmiş rejimində çalışır: “Bu məqsədlə bir avtomobilin sənədləşdirilməsinə ayrılan vaxt 20 dəqiqədən 8 dəqiqəyədək azaldılıb. İndiyədək 200-dən artıq avtomobil sərhəddən buraxılıb”.
Qeyd edək ki, Azərbaycan-Rusiya sərhədində yük avtomobillərinin uzun növbəsinin yaranmasına səbəb Rusiya-Gürcüstan sərhədində baş vermiş torpaq sürüşməsidir. Bu səbəbdən Türkiyəyə yük daşıyan avtomobillər Azərbaycan ərazisindən istifadə etməyə məcbur olublar.