Özbaşına kortejə qoşulanlar cərimələnəcək
- 28.05.2014, 02:20,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bundan sonra Azərbaycanda kortejlərə yol verməyənlər və özbaşına olaraq ona qoşulanlar 100 manat cərimə ediləcək.
Bu barədə İnzibati Xətalar Məcəlləsinə edilən və prezident İlham Əliyevin təsiqlədiyi dəyişikliklərdə nəzərdə tutulub. Məcəlləyə əlavə edilən yeni 154-4 maddədə deyilir ki, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verməyənlər 100 manat cərimələnəcək. Eləcə də, belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edənlər də eyni məbləğdə cərimə ediləcəklər.