Çempionlar Liqasının və Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Çempionlar Liqasının  və Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. live.az-in məlumatına görə, püşkatma nəticəsində Türkiyənin "Qalatasaray" klubunun rəqibi məlum olub.

Azərbaycanda da xeyli azarkeşi olan "Qalatasaray" klubu ÇL-in 1/4 final mərhələsində Madridin "Real" klubu ilə qarşılaşacaq.

Püşkatmanın digər nəticələri aşağıdakı kimidir:

"Malaqa" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)

PSJ (Fransa) - "Barselona" (İspaniya)

"Bavariya" (Almaniya) - "Yuventus" (İtaliya)

1/4 final mərhələsinin ilk oyunları aprel ayının 2-3-də, cavab qarşılaşmaları isə bir həftə sonra - aprel ayının 9-10-da baş tutacaq.

Bir müddət sonra isə UEFA Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. live.az-in məlumatına görə, püşkatma nəticəsində Türkiyənin "Fənərbağça" klubunun rəqibi məlum olub.

Azərbaycanda da xeyli azarkeşi olan "Fənərbağça" 1/4 final mərhələsində İtaliyanın "Latsio" komandası ilə qarşılaşacaq.

Püşkatmanın digər nəticələri aşağıdakı kimidir:

"Çelsi" (İngiltərə) - "Rubin" (Rusiya)
"Tottenhem" (İngiltərə) - "Bazel" (İsveçrə)
"Fənərbağça" (Türkiyə) - "Latsio" (İtaliya)
"Benfika" (Portuqaliya) - Nyukasl" (İngiltərə)

Avroliqanın 1/4 final mərhələsinin ilk görüşləri aprel ayının 4-də, cavab qarşılaşmaları isə aprelin 10-da baş tutacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri