Bakıda ağac avtomobillərin üzərinə aşıb
- 28.05.2014, 15:29,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda ağacın aşması nəticəsində iki avtomobilə ziyan deyib.
Trend xəbər verir ki, Bakının Mehdi Hüseyn küçəsində ağac aşıb. Aşan ağac yaxınlıqda saxlanan avtomobillərin üstünə düşüb.
Hadisə şahidlərinin Trend-ə bildirdiyinə görə, nəticədə "Toyota Camry" və "Mercedes" markalı avtomobillərə ciddi ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Hazırda polis və FHN əməkdaşları hadisə yerində vəziyyəti araşdırırlar.