Zakir Həsənov: “Azərbaycan işğal olunmuş torpaqlarını azad etməyə qadirdir”

“Ermənistan tərəfi bu günlərdə təmas xəttində təxribat törətmək istəyib və layiqli cavabını alıb”.

APA-nın xəbərinə görə, bu sözləri Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, təxribatlar davam edərsə, qarşı tərəf hər dəfə layiqli cavabını alacaq.

Nazir Ermənistanın Azərbaycan ərazilərinin 20%-ni işğal etdiyini xatırladıb: “BMT-nin 4 qətnaməsi var ki, ermənilər bizim işğal olunan torpaqlarımızı qeyd-şərtsiz azad etməlidir. Təəssüflər olsun ki, işğal davam edir. Buna görə də Azərbaycan məcburdur ki, özünün silahlı qüvvələrini gücləndirsin. Hazırda Azərbaycan Silahlı Qüvvələri ən müasir silah, texnika və avadanlıqla təchiz olunub. Bu gün Azərbaycan işğal olunmuş torpaqlarını azad etməyə qadirdir. Ancaq Azərbaycan dövlətinin rəhbərliyi bu məsələni sülh yolu ilə həll etməyin tərəfdarıdır”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri