Bakıda restoranda baş verən yanğın söndürülüb
- 29.05.2014, 19:37,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda “Meşəbəyi” restoranında baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov APA-nın hadisə yerində olan əməkdaşına bildirib ki, ümumi sahəsi 420 kv/m olan restoranda baş verən yanğına qısaqapanma səbəb olub. Hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb edilib.
Yanğın nəticəsində restoranın 260 kv/m sahəsi yanıb. Həyata keçirilən tədbirlər nəticəsində yanğının digər obyektlərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.