Azərbaycan prezidenti Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılışında iştirak edib
- 29.05.2014, 19:39,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Bakıda Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılışı olub.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.
Prezident və xanımı institutun binasında yaradılmış şəraitlə tanış olublar.
Məlumat verilib ki, Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutu ölkəmizdə idman sahəsində nailiyyətlərin artırılması üçün lazımi şəraitin təmini, müasir üsulların işlənməsi, gənc idmançıların potensialının aşkar edilməsi və xəsarət almış idmançıların reabilitasiyası məqsədi ilə yaradılıb. Müasir avadanlıqla təchiz edilmiş institutun əsas fəaliyyət istiqaməti idmançıların və ehtiyat qüvvələrin diaqnostikası, dispanserləşdirilməsi və müalicə olunmasıdır.
Qeyd edilib ki, institutun struktur bölmələrinə təşkili-metodiki iş üzrə laboratoriya, müalicə-dispanserləşdirmə bölməsi, beş nəfərlik gündüz stasionarı, morfoloji, funksional diaqnostika, hərəkət sistemlərinin biomexanikası, fiziki təsirlər, kinezioterapiya və manual təsirlər laboratoriyaları, psixoloji yoxlama və psixokorreksiya qrupu, əczəxana daxildir.
Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binasında yaradılan şəraitlə tanış olan dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.