Sabirabadda məzunlar avtoqəzaya düşüb

Sabirabad rayonunda yol qəzası baş verib.

Sabirabad rayon Polis Şöbəsindən APA-nın verilən məlumata görə, bu gün Sabirabad rayonunun Məmişlər kəndi ərazisində içərisində 4 nəfər məzun olan “Toyota-PRADO” markalı avtomobilin qəzaya uğraması nəticəsində Sabirabad rayon orta məktəblərindən birinin məzunları - 1997-ci il təvəllüdlü İskəndərli Nurlan Rafiq oğlu, Abbasova Nüşabə Seyidəzim qızı müxtəlif xəsarətlə Sabirabad Rayon Xəstəxanasına yerləşdirilib.

Avtomobildə olan digər iki nəfər isə xəsarət almayıb.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri