Sevda və Elton xeyriyyə konserti verdi
- 30.05.2014, 23:58,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
26 may Heydər Əliyev Sarayında tanınmış gənc müğənnilər Sevda Yahyayeva və Elton Hüseynəliyev konsert veriblər.
Konsertin təşkilatçıları “ Məlahətli Ana” İctimai Birliyi və tanınmış prodüser Tarix Əliyev idi. Konsertin aparıcıları Afaq Gəncəli və Şəhriyar Əbilov oldu. Sevda və Elton sevilən mahnılarını səsləndirərək tamaşaçılara maraqlı anlar yaşadıblar. Daha sonra Sevda Elçin Cəfərovla “Səni sevirəm” duetini oxuyaraq gecəyə daha da rəngarənglik qatıblar.
Qeyd edək ki, biletlərin 10-30 manat arası qiymətə satıldığı konsert xeyriyyə məqsədi daşıyıb. “Ömür yarıda qalmasın” şüarı ilə keçirilən tədbirdən əldə olunan gəlir skalioz xəstəliyindən əziyyət çəkən Nübar və Leyla Rəsulovaların müalicəsinə sərf ediləcək.