Əfsanəvi futbolçu Pelenin oğlu 33 il azadlıqdan məhrum edilib

Əfsanəvi braziliyalı futbolçu Pelenin oğlu Edson Nasimentu narkotik maddələrin qanunsuz dövriyyəsindən əldə olunmuş vəsaitlərin yuyulmasında təqsirli bilinərək 33 il azadlıqdan məhrum edilib.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Nasimentu hələ 2005-ci ildə narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs olunmuşdu. O, narkotik qəbul etdiyini etiraf etsə də, narkotik maddələrin satışı ilə əlaqəli olduğunu inkar edib.

Edson Nasimentu məhkəmə qərarına yenidən baxılması hüququna malikdir.
Şərhlər
İdman bölməsinin xəbərləri