"BMW-X6"-nın sürücüsü sakinlərə silah çəkib
- 01.06.2014, 15:50,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avtomobildə olanların kömək üçün xeyli adam çağırması vəziyyəti daha da qəlizləşdirib. “BMW-X6” markalı maşında gələnlər insident zamanı odlu silahdan da istifadə ediblər. Onlar qəsəbə sakinlərinə silah çəkərək atəş açıblar.
Qiyməti 130 min manat olan “BMW-X6” markalı avtomobilin kimə məxsus olmasını, dövlət nömrə nişanını öyrənmək cəhdləri baş tutmayıb.
Belə ki, bu sualla müraciət etdiyimiz Bakı Şəhər Dövlət Yol Polisindən sualı eşidən kimi qəribə reaksiya gördük. İdarədən bununla bağlı heç bir açıqlama vermək istəmədiklərini deyərək dəstəyi əsəbi şəkildə asdılar. Nə maşının nömrəsini vermədilər, nə də onun sahibinin kim olmasına aydınlıq gətirdilər.
Görünür, sözügedən avtomobilin sahibi yenə hansısa yüksək rütbəli məmurun balası, ya da “çox hörmətli” oliqarxın övladıdır. Əks təqdirdə yol polisinin bu qəzəbli reaksiyanı heç cür başa düşmək mümkün deyil.
---------
Dünən axşam saatlarında Bakının Nərimanov rayonunda kütləvi dava baş verib.
Rayonun “Çermet” qəsəbəsi ərazisində, 93 saylı orta məktəbin qarşısında baş vermiş davaya səbəb “BMW X6” markalı avtomobilin sürücüsünün yolda avtoxuliqanlıq etməsi olub. Buna etiraz edən qəsəbə sakinləriylə avtomobildəki sərnişinlər arasında əlbəyaxa dava düşüb.
“X6”-dakıların əraziyə kömək üçün xeyli adam çağırmasından sonra vəziyyət daha da qəlizləşib. Qəsəbə sakinləri ilə 30-40 nəfərlik "gəlmələr" arasında gərginlik zamanı naməlum şəxs odlu silahdan havaya bir neçə dəfə atəş də açıb. Bundan sonra hadisə yerinə xeyli sayda polis əməkdaşı cəlb olunub, ərazi nəzarətə götürülüb.
Nərimanov rayon Polis İdarəsindən faktı təsdiq etdilər. Bildirilib ki, bir neçə nəfər saxlanılıb və faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.
Lent.az, Milli.Az, Virtualaz.org.