Bakı-Qazax yolunda ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var

Bu gün saat 20.30 radələrində Bakı-Qazax yolunun Ucar rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi olub.

APA-nın məlumatına görə, “Mercedes” markalı minik maşını ilə “VAZ -2106” markalı avtomobil toqquşub. Nəticədə bir neçə nəfər ölüb, daha bir neçə nəfər isə ağır xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildiilib ki, hadisə yerinə yol polis əməkdaşları gedib.

Qəza nəticəsində ölən və yaralananların şəxsiyyəti hələlik müəyyənləşməyib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri