THY təyyarəsində böyük təhlükə
- 02.06.2014, 07:56,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İstanbul – Bişkek reysi ilə hərkət edən Türkiyə Hava Yollarına (THY) aid təyyarənin mühərrikinə quş sürüsü girib.
ANS-in xəbərinə görə, 121 sərnişini olan “Boeing737-800” tipli təyyarə yerli vaxtla saat 18.50-də (Bakı vaxtıyla 20.50) İstanbul Atatürk hava limanından hərəkətə keçib.
Təyyarənin havaya qalxmasından sonra mühərrikə quş sürüsü girib.
Pilot dərhal nəzarət qülləsi ilə əlaqə yaradaraq hava limanına geri qayıdacağını açıqlayıb. Bundan sonra yanacağı boşaldaraq bir müddət uçan təyyarə yerli vaxtla 20.50-də (Bakı v. 22.50) Atatürk hava limanına geri qayıdıb.
Nasazlıq yaranmış təyyarə dərhal texniki baxışdan keçmək üçün hava limanının anqarına aparılıb.
Sərnişinlər isə 22.38-də (Bakı v. 00.38) başqa bir təyyarə ilə Bişkekə yola salınıblar.