Azərbaycanda şirkətdən oğurlanan pulun 450 min manatı oğurluq etmiş şəxsin əlindən alınıb
- 02.06.2014, 18:52,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda şirkətdən külli miqdarda pul oğurlanıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə “Karat” MMC-dən oğurluq etdiyinə görə tutulmuş Ramil İmaməliyevin cari ilin may ayının 1-də 8-ci mikrorayonun ərazisində özlərini polis əməkdaşı kimi təqdim etmiş Kürdəmir rayon sakini Aqil Şəmiyev, Zamiq Xasıyev, Aqşin Məmmədov, Ruslan Əliyev və Beyləqan rayon sakini Röyal Qədirov tərəfindən “KİA” markalı avtomobilə oturdulub, Xırdalan şəhərinin ərazisinə aparılması və orada ona hədə-qorxu gəlib oğurlanmış puldan 450 000 manatının alınması müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A. Şəmiyev, R. Qədirov və Z. Xasıyev tutulublar.
Faktla əlaqədar cinayət işi başlanılıb.