Gəncədə “Yehovanın Şahidləri”nin 22 üzvü saxlanılıb

Azərbaycanda “Yehovanın Şahidləri” təliminin üzvləri saxlanılıb.

Kəpəz Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis onları bu gün Gəncə şəhəri Yusif Kosayev küçəsi, ev 31 ünvanında qanunsuz tədbir keçirərkən saxlayıb.

Mənzilə gələn polis əməkdaşları 22 nəfəri, o cümlədən 1 azyaşlı uşağı Kəpəz Rayon Polis İdarəsinə gətiriblər.

Mənzilə baxış keçirilərkən oradan yayılması və təbliği qadağan edilmiş dini ədəbiyyat götürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri