Polis mayoru intihar etdi

Lənkəranda sakini intihar edib.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-ya verilən məlumata görə, hadisə mayın 20-də saat 18.35 radələrində qeydə alınıb. Şəhərin Hənifə Abdullayev küçəsi, ev 4, mənzil 9-da yaşayan 1960-cı il təvəllüdlü Təbriz Zakir oğlu Quliyev yaşadığı mənzildə özünü asmaqla intihar edib.

Mərhum uzun müddət polis orqanlarında çalışıb. O, polis mayoru rütbəsində təqaüdə çıxıb.

Hadisənin başvermə səbəbləri barədə hələlik heç bir məlumat verilmir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri